ABŞ-da atışma – 2 ölü, 28 yaralı

ABŞ-ın Merilend ştatında atışma baş verib .

Gecə saatlarında naməlum şəxs şənlik zamanı insanlara atəş açıb.

Baltimorda baş verən hadisə nəticəsində 2 nəfər ölüb, 28 nəfər yaralanıb. 18 yaşlı qadın hadisə yerində, 20 yaşlı gənc isə xəstəxanada dünyasını dəyişib. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Hücum edən şəxs və ya şəxslərin axtarışları davam edir.