Serbiya prezidentinin səhhəti pisləşdi – Xəstəxanadadır

Serbiya prezidenti Aleksandr Vuçiçin səhhətində problem yaranıb.

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, o, təcili olaraq xəstəxanaya yerləşdirilib.

Vuçiçin nəyə görə xəstəxanaya yerləşdirildiyi və hazırda sağlıq durumunun necə olduğu açıqlanmayıb. Hələlik qurumlər tərəfindən rəsmi məlumat verilməyib.