Paşinyan ABŞ rəsmisi ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla görüşüb.

Ermənistan mətbuatı xəbər verir ki, Paşinyan ABŞ-ın regionda sabitlik və sülhün bərqərar olması istiqamətində səylərinin vacibliyini vurğulayıb.

Erika Olson isə ölkəsinin Ermənistanla, o cümlədən iqtisadi sahədə əlaqələrin davamlı inkişafına böyük önəm verdiyini qeyd edib.