“Müxalifət hakimiyyətdə olsaydı Gürcüstanı Rusiyaya verərdi”

“Bu saxtakarlığa və təxribata son verin”.

Gürcüstan mətbuatı xəbər verir ki, bu sözlərlə Baş nazir İrakli Qaribaşvili Parlamentin plenar iclasında Gürcüstanda ikinci müharibə cəbhəsi açmağa cəhddə ittiham etdiyi müxalifət deputatlarına belə müraciət edib.

“Rusiya-Ukrayna müharibəsi zamanı müxalifət nümayəndələri hakimiyyətdə olsaydılar, Ölkə təlim poliqonuna çevrilərdi, onlar Gürcüstanı Rusiyaya verərdilər” , – deyə Baş nazir əlavə edib.