İranda ziyarətgaha hücum edən terrorçulardan biri tutuldu

İranın Şiraz şəhərində Şah-Çıraq məqbərəsinə hücum edən terrorçulardan biri tutulub.

Bunu ETTELAAT rəhbəri İsmayıl Xətib deyib.

“Şirazdakı silahlı hücumda iştirak edən terrorçu İmam Zaman hərbi birləşməsi tərəfindən saxlanılıb”, – Xətib bildirib.

Qeyd edək ki, oktyabrın 26-da terrorçuların Şiraz şəhərindəki Şah-Çıraq məqbərəsinə hücumu nəticəsində 13 (bəzi mənbələrə görə 20) nəfər ölüb, 45 nəfər isə yaralanmışdı.