Ukraynanın Odessa və Çerniqov vilayətlərində növbəti dəfə hava hücumu xəbərdarlığı elan edilib.
Bu barədə Çerniqov vilayəti hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus Teleqram kanalında yazıb.
“Çerniqov vilayətinə hava hücumu! Sığınacağa gedin”, – xəbərdarlıqda bildirilib.
Həmçinin Odessa vilayətinin səlahiyyətliləri təhlükənin artdığını elan ediblər.