İraqın paytaxtı Bağdadda hökumət binaları və xarici nümayəndəliklərin yerləşdiyi “Yaşıl Bölgə”ə 9 raket atılıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, hücum zamanı təhlükəsizlik qüvvələri və mülki şəxslər yaralanıb.
Qeyd edək ki, bu gün İraq parlamentində prezident seçkisi keçiriləcək.