Moskva ilə o zaman münasibətlər qurarıq ki… – Blinken

Vaşinqton o halda Moskva ilə diplomatik münasibətlərini normallaşdıra bilər ki, Kreml Ukrayna ilə bağlı məsələdə aqressiyanı bir kənara qoysun.

Bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Limada keçirdiyi mətbuat konfransında deyib.

“Son həftələrdə prezident Putinin Ukraynaya qarşı təcavüzünü iki və üç dəfə artırmasını gördüz. Fakt budur ki, prezident Putin və Rusiya heç bir mənalı diplomatiyaya qətiyyən maraq göstərməyiblər. Biz həmişə demişik, prezident Zelenski bütün bu vaxt ərzində münaqişənin diplomatiya yolu ilə həll ediləcəyini deyir. Əgər Rusiyanın da bu məsələdə marağı varsa, biz hazırıq. Lakin hazırda təəssüf ki, hər şey bunun əksini göstərir”, – deyə Blinken deyib.