ABŞ-ın keçmiş prezidenti Donald Tramp CNN-ə qarşı təqribən yarım milyard dollar təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Bu barədə mediada məlumat yayılıb.
“Tramp telekanalı diffamasiyada ittiham edib və indi onun dəydiyi ziyanı 475 milyon dollar qiymətləndirir”, – məlumatda deyilir.
Trampın vəkili isə hesab edir ki, kanalın hücumları Trampın 2024-cü ildə yeni prezidentlik müddətinə namizəd ola biləcəyi ilə bağlı qorxular fonunda güclənib.