Sentyabrın 18-də Uels şahzadəsi Keyt Midlton Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə Bukingem sarayında görüşüb.
Bu barədə “People” nəşri məlumat yayıb .
Nəşr qeyd edir ki, Zelenskaya sentyabrın 19-da Böyük Britaniya kraliçası II Yelizaveta ilə vida mərasimində iştirak etməyi planlaşdırır.
Mərhum monarxa ehtiramlarını bildirmək üçün Londona gələn 500 nüfuzlu şəxs və dünya liderləri arasında Ukraynanın birinci xanımı da var.