“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentin payız sessiyasının işlər planına daxil edilib.
Bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında, Milli Məclisin vitse-spikeri, komitə sədri Fəzail İbrahimli deyib.
O bildirib ki, qanun layihəsi ilə bağlı parlamentdə müzakirələr keçiriləcək: “Həmin müzakirələrdə depuatlar, siyasi partiyaların nümayəndələri, ekspertlər çıxış edəcəklər və öz fikirlərini bildirəcəklər”.