Bir neçə gün əvvəl Azərbaycan bir neçə erməni əsirini geri qaytarmaqla öz xoş niyyətini, sülh istəyini bir daha ortaya qoymuşdu.
Bunun qarşılığında Ermənistan gecə saatlarında Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribat törədib.
Azərbaycan ərazisində (Laçın, Kəlbəcər) xaincəsinə minalanma həyata keçirməsi, ordumuza, mülki şəxslərə hücum etməsi ermənilərin iç üzünü bir daha göstərmiş olur.
Bunu siyasi şərhçi Mübariz Göyüşlü deyib.
O, qeyd edib ki, biz sülhdən danışırıq, onlar xain əməllərindən əl çəkmirlər, biz srəhədləri müəyyənləşdirib normal qonşuluq münasibətləri saxlamaq istəyirik, onlar ərazimizdə minalar basdırmağa çalışır, hərbiçilərimizi şəhid etməyə cəhd göstərirlər:
“Bölgədə sülhü, sabitliyi qorumalı olan bəzi dövlətlər isə ermənilərin bu təxribatlarına səssiz qalırlar.
Nəticə budur ki, Azərbaycan ordusu özü erməniləri əvvəlki mövqelərinə qaytarır, onlara ağır zərbələr vurur, geri çəkilməyə məcbur edir.
Belə ağır situasiyalarda erməni dezinformasayalarına istinad etmək, onları yaymaq, əhali və ordu arasında gərginlik yaratmaq yolverilməzdir. Yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlaırna istinad olunmalıdır.
Lakin bu kifayət etmir. Azərbaycan, sərhədlər müəyyən olunana, sülh bağlanana qədər bu cür hadisələrdə riskləri minimuma endirmək, özünü, ordusunu, mülki insanlarını qorumaq üçün təhlükəsiz zona yaratmağa çalışmalıdır”.
Ermənistanın hər bir təxribatı, diversiya-terror əməli sərt şəkildə cavablandırılmalıdır (necə ki, cavablandırılır). Ermənistan sülhə məcbur edilməli, təxribat cəhdlərinin bədəli onlara ağır şəkildə ödətdirilməlidir: “Allah hərbiçilərimizi qorusun, Şəhid olanlara rəhmət eləsin!”.