Hərbi ekspert Oleq Jdanov Ukraynanın 300 km mənzilli HIMARS reaktiv yaylım atəş sistemləri üçün uzaqmənzilli ATACMS raketləri alıb-almaması ilə bağlı sualı cavablandırıb.
Ekspert hələlik bu raketlərin Ukrayna ordusunun arsenalında olmadığını bildirib.
“Təəssüf ki, hələlik bizdə bu raketlər yoxdur. Ümid edirəm ki, bunları yaxın vaxtlarda əldə edə biləcəyik”, – Jdanov vurğulayıb.
Hərbi ekspert Krım körpüsünü ATACMS raketlərinin “əsas hədəf”i adlandırıb:
“ATACMS raketləri alsaydıq, ilk hədəfləri Krım körpüsünün avtomobil və dəmir yolu xətləri olacaqdı. Əgər indiyədək Krım körpüsünü bombalamamışıqsa, bu o deməkdir ki, raketlər hələ alınmayıb”.