Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Planlaması Departamentinin direktoru Aleksey Drobinin “Beynəlxalq Əlaqələr ” jurnalına bildirib.
O qeyd edib ki, burada təkcə Rusiya deyil, həm də bu və ya digər səbəblərdən ABŞ-ın etirazına səbəb olmuş digər ölkələr də iştirak edə bilmir.
“Bu ölkələrin sayı artır və artmaqda davam edəcək”, – Drobinin vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, BMT-nin mənzil-qərargahının Nyu-Yorkda yerləşdirilməsi qərara alınarkən Birləşmiş Ştatlar BMT Katibliyi ilə razılaşma əldə edib. Drobinin fikrincə, ABŞ bu sazişin müddəalarına əməl etmir
2019-cu ildə ABŞ Rusiya nümayəndə heyətinin bütün üzvlərini BMT Baş Assambleyasına buraxmayıb. Kreml Vaşinqtonu beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib, Dövlət Duması isə BMT-nin baş qərargahının ABŞ-dan köçürülməsinə çağırıb.