ABŞ-da təyyarə suya düşdü: ölənlər var

Vaşinqton ştatının Sietl şəhəri yaxınlığında 10 nəfərin olduğu hidro təyyarə suya düşüb.

Bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

“Xidmət 10 nəfəri (doqquz böyük və bir uşaq) axtarır”, – məlumatda deyilir.

Qeyd olunur ki, sahil mühafizəsi artıq təyyarənin düşdüyü bölgədə bir nəfərin cəsədini tapıb. Digər sərnişinlər itkin düşmüş hesab edilir.