Paşinyan Əliyevlə görüşmək üçün Brüsselə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 30-da Brüsselə işgüzar səfərə gedib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü planlaşdırılır.