Gürcüstanın partiya sədri də ABŞ və Fransa səfirlərini tənqid edib

ABŞ və Fransa səfirlərinin Şuşa səfərində iştirakdan imtina etməsi, ölü Minsk formatinin dirilməsi xülyalarına düşməsi, ABŞ-ın Ermənistanda hərbi baza yaradaraq Türkiyəni Yunanıstan, Suriya, Gürcüstan və Ermənistan ərazilərindən mühasirəyə almaqla həm Turanın bütövliyünə doğma Türkiyə və Azərbaycanımıza təhdid yaratmış olur. Bu Türk dünyası ilə yanaşı vətənimiz Gürcüstanı da Ukrayna sayağı gələcək daimi müharibə ocaqlarına çevirmək cəhdi kimi qiymətləndirə bilər.

Bunu “Xalq Cəbhəsi”nə Gürcüstan Naminə Siyasi Partiyasının sədri Fazil Əliyev deyib.
O, qeyd edib ki, partiyanın Udarə heyəti ilə mövcud durumu dəyərləndirdikdən sonra bəyanatla bütün partiya üzvlərimizə, soydaşlarımiza və Gürcüstan vətəndaşlarına müraciət edərək partiyanın xarici siyasət kursunun 3+3 formatı və ya buna bənzər digər regional formatlarda birləşməsinə çalışacağıq.