Sui-qəsd qorxusu: Kim Çen 8 malikanə tikdirdi

Şimali Koreya lideri Kim Çen İn sui-qəsd cəhdindən qorunmaq üçün özünə səkkiz malikanə tikdirib.

Bu barədə “Deyli Meyl” məlumat yayıb.

“Yeni malikanələr Kim Çen İnin və Şimali Koreya elitasının yaşadığı Çanvanqsan kompleksində inşa olunub. Evlər hakim partiyanın Mərkəzi Komitəsinin şöbələrinin inzibati binaları ilə üzbəüz yerləşir”, – məlumatda bildirilib.

Qeyd edilib ki, Şimali Koreya liderinin olduğu yerləri tez-tez dəyişməsi və çoxsaylı malikanələr tikdirməsi sui-qəsddən qorunmaq üçündür.