Britaniya təyyarəsi Krım körpüsünə yaxınlaşdı

Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Qara dəniz üzərindən uçuşu qeydə alınıb.

Bu barədə uçuş izləmə xidməti “Flightradar” məlumat yayıb.

Məlumata görə, avqustun 24-də Britaniyanın “Boinq RC-135W” təyyarəsi Krım körpüsü yaxınlığında dəniz üzərindən dairəvi hərəkət edib. Daha sonra geri qayıdaraq Rumıniya ərazisinə daxil olub.

Bir neçə saat sonra həmin təyyarə Kerç boğazı istiqamətində növbəti uçuşu həyata keçirib.