Bu barədə Avropa Komissiyasının nəzarəti altında olan quraqlıq araşdırma mərkəzinin (EDO) hesabatında deyilir.
Quru hava nəticəsində daxili gəmiçilik, elektrik enerjisi istehsalı və bəzi məhsulların məhsuldarlığı azalıb.
Hesabatda bildirilir ki, Avropanın 47%-i rütubət çatışmazlığından əziyyət çəkir.
Avropa ölkələrində quraqlıq səbəbindən yazlıq məhsulların məhsuldarlığı azalıb. 2022-ci ildə qarğıdalı məhsuldarlığı əvvəlki 5 ilin orta göstəricisindən 16% aşağı olacaq, soya və günəbaxan məhsuldarlığı isə müvafiq olaraq 15% və 12% azalacaq.