Zelenski Putinlə görüş üçün ŞƏRT qoydu

Ukrayna Prezidenti Volodimir Zelenski İndoneziyada keçiriləcək G-20 sammitində iştirakının döyüş meydanındakı vəziyyətdən asılı olacağını bildirib.

Zelenski bu barədə Kiyevdə Polşa Prezidenti Anjey Duda ilə birgə mətbuat konfransında deyib.

Ukrayna lideri G-20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş ehtimalından da söz açıb. O, bəyan edib ki, “Azovstal”da əsir götürülən ukraynalılar qanunsuz məhkəmələrdə mühakimə olacağı təqdirdə danışıqlar heç yerdə olmayacaq.

“O cümlədən G-20 də bura daxildir” , – Zelenski Rusiyaya xəbərdarlıq mesajında vurğulayıb.

Qeyd edək ki, bu ilin noyabr ayında İndoneziyada keçiriləcək G-20 sammitində Rusiya prezidentinin də iştirakı nəzərdə tutulur.