Ukrayna Təhlükəsizlik Şurasının sədri Oleksiy Danilov Kiyevin əsas prioriteti Krımın azad edilməsidir. “Krım Ukraynanın suveren ərazisidir. Gündəlikdə olan məsələ bu ərazinin azad olunması və mərhələli şəkildə demilitarizasiyasıdır”
Krımın işğaldan azad edilməsi istiqamətində Ukraynanın hərbi planı növbəti aylarda müharibənin həlledici mərhələyə daxil olacağından xəbər verir. Məhz Krımda hərbi bazalarin vurulması, Xersonun azad olunması planıdır. Bununla da növbəti əks-hücum Krıma hərbi müdaxilə ilə nəticələnəcək. Ona görə də V. Putin Ukrayna ilə danışıqlar da maraqlıdır.
Qeyd edim ki, Böyük Britaniya müdafiə naziri iki ay bundan əvvəl, rusları Krımdan çıxaracaqlarini bəyan etmişdi. Prezident V. Zelenskidə “müharibənin Krımda başlayıb, Krımda da sona çatacaq”- mesajı məhz yarımadanın azad olunmasına hesablanıb. Yaxın perspektivdə Rusiya və Ukrayna arasında sülh və atəşkəs müqaviləsi gözlənilmir. Artıq Kiyev Rusiyadan 24 fevral sərhədləri deyil, bütövlükdə Ukraynanın bütün ərazilərindən çəkilməsini şərt kimi irəli sürəcək.
Məhəmməd Əsədullazadə
Politoloq