Gürcüstanda yenidən yoluxma artıb

Gürcüstanda son həftə ərzində koronavirusa yoluxma halları yenidən artıb.

Avqustun 14-dən 21-dək ölkədə 13 min 595 nəfər koronavirusa yoluxub. Bu da əvvəlki həftə ilə müqayisədə 2 faiz çoxdur.

Hesabat dövründə 13 329 nəfər müalicə olunaraq sağalıb, 6 nəfər isə pandemiyanın qurbanı olub.

Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyasının başladığı ilk gündən ölkədə 1 738 785 virusa yoluxub, 16 864 nəfər COVID 19-dan həyatını itirib.