Cill Bayden koronadan sağaldı

ABŞ-ın birinci xanımı Cill Baydenin infeksiya səbəbindən beş gün təcrid rejimində qaldıqdan sonra COVİD-19-la bağlı testi mənfi çıxıb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edək ki, çərşənbə axşamı Ağ Ev birinci xanımın koronavirusa yoluxduğunu açıqlamışdı.