“Qarabağ”ın Macarıstan “Ferentsvaroş”una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununun vaxtı açıqlanıb.
Bu barədə Ağdam təmsilçisinin rəsmi Feysbuk səhifəsində məlumat verilib.
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Cavab görüşü isə avqustun 9-da Budapeştdə olacaq.