Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”, – məlumatda qeyd olunub.
Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.