Mariupol bu tarixdə azad olunacaq – Boyçenko

Rus ordusu tərəfindən işğal olunan Mariupol bu ilin sonu, 2023-cü ilin əvvəlinə kimi azad olunacaq.

Bunu Mariupolun meri Vadim Boyçenko deyib.

“Ordumuz dekabr-yanvar aylarında Mariupolu azad edəndən sonra biz birbaşa şəhərə gedəcəyik və mütəxəssislərlə birlikdə dəymiş ziyanı qiymətləndirəcək, onu mərhələ-mərhələ bərpa edəcəyik. Biz elə planlaşdırmışdıq ki, 10 il ərzində şəhərin yarısını yenidən quracağıq, bunun dəyəri təxminən 14 milyard avro olacaq”, – Boyçenko bildirib.