ABŞ Çinə qarşı yeni sanksiya paketi hazırlayır

ABŞ Rusiyadan Çinə enerji məhsulları daşıyan tankerləri sığortalayan və ya qeydiyyatdan keçirən təşkilatlara qarşı sanksiyalar tətbiq edəcək.

Bu barədə ABŞ-ın respublikaçı senatoru Marko Rubionun təqdim etdiyi qanun layihəsində qeyd olunub.

Bildirilir ki, Çin Rusiya neftini almaqla Ukraynadakı xüsusi əməliyyatı dəstəkləyir.

Agentliyin məlumatına görə, qanun layihəsini senatorlar Rik Skott (Floridadan) və Kevin Kramer (Şimali Dakotadan) dəstəkləyib.