Ukraynada 18 tibb işçisi həlak olub

Rusiyanın Ukraynaya təcavüzü nəticəsində 18 tibb işçisi həlak olub.

Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik 900-ə yaxın tibb müəssisəsinin dağıldığını bildirib. 123 tibb müəssisəsi işğal nəticəsində tamamilə dağıdılıb, daha 746 tibb müəssisəsinin təmirə ehtiyacı var.

Qeyd olunur ki. Rusiyanın hücumları nəticəsində 50-dən çox tibb işçisi yaralanıb.