Xersonda partlayış səsləri eşidilir

Ukraynanın Xerson vilayətində silsilə partlayış və atışma səsləri eşidilir.

Bu barədə Teleqram kanalları məlumat yayıb.

Partlayışlar Xerson və Skadovskda qeydə alınıb:

“Skadovskda güclü partlayışlar olub. Əvvəlcə helikopter səsi, daha sonra atışma, daha sonra isə partlayış səsləri eşidilib”.

Eyni zamanda, Xersonda ruslara məxsus bir anbarda yanğının baş verdiyi bildirilib.