İdmançımız dünya çempionatının finalında

Azərbaycan qılıncoynadanı Anna Başta Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

Zafertv.az xəbər verir ki, dünya reytinqinin 1 nömrəsi qadın sablyaçıların şəxsi yarışında yarımfinalda Yunanıstan təmsilçisi Despina Georgiadouya 15:9 hesabı ilə qalib gəlib.

O, finalda Yaponiya sablyaçısı Emura Misaki ilə qarşılaşacaq.