COVID-19 pandemiyası bitməkdən çox uzaqdır – ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib ki, COVID-19 pandemiyası tezliklə bitməyəcək.

Bu barədə təşkilatın baş direktoru mətbuat konfransında çıxışı zamanı deyib.

“Pandemiya bitməkdən hələ çox uzaqdır”, – deyə o bildirib.

ÜST-ün Avropa bölməsi, öz növbəsində, ölkələri “immuniteti əhəmiyyətli dərəcədə zəifləmiş və ciddi şəkildə zəifləmiş beş yaşdan yuxarı insanlara, eləcə də onların yaxınları ikinci “buster” dozanı qəbul etməyə çağırıb.