Yaponiyanın Nara şəhərində ölkənin sabiq baş naziri Şinzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib.
Axar.az xəbər verir ki, bu barədə NHK agentliyi məlumat yayıb.
Bildirilib ki, Şinzo Abe xəsarət alıb.
Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.
Vurğulanıb ki, S.Abe huşsuz vəziyyətdə xəstəxanaya qaldırılıb.
68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.
Qeyd edək ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub.
***
Yaponiya baş naziri Fumio Kisiada Sindzo Abenin ölmədiyini, kritik vəziyyətdə olduğunu və həkimlərin onun həyatını xilas etmək üçün mübarizə apardığını bildirib.
“Bu, bağışlanmaz cinayətdir, iyrənc aktdır, barbar və pis niyyətlidir. Mən bu hərəkəti pisləmək üçün ən ağır sözlərdən istifadə etmək istərdim”, – baş nazir deyib.
Baş nazir hakimiyyətin vəziyyətə nəzarət üçün ciddi tədbirlər görəcəyini qeyd edib.
***
Yaponiyanın Nara şəhərində silahlı hücüma məruz qalan ölkənin sabiq baş naziri Şinzo Abe vəfat edib.