Bayden kral və şahzadə ilə görüşə gedir

ABŞ Prezidenti Co Bayden Yaxın Şərqə səfəri zamanı Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüş keçirəcək.

Bu barədə Ağ Evin sözçüsü Con Kirbi məlumat verib.

O qeyd edib ki, liderlər ikitərəfli danışıqlar aparacaq.

Xatırladaq ki, Bayden gələn həftə Yaxın Şərqə səfər edəcək. O, regiona səfəri zamanı İsrail və Fələstinə də baş çəkəcək.