Baxmutda ruslar itki verdi, geri çəkildilər

Baxmut istiqamətində rus qoşunları itki veriblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Baxmut istiqamətində ukraynalı əsgərlər düşmən Verşina və Berestovoe yaxınlığında taktiki vəziyyəti yaxşılaşdırmağa cəhd edərkən ona ağır zərbə endiriblər. Düşmən təşviş içində geri çəkilib.