İranın Milli Təhlükəsizlik Şurasının katibi Ermənistandadır

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şahmani cümə axşamı Ermənistana səfər edib.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, “Zvartnots” beynəlxalq hava limanında Şahmanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qarşılayıb.

Səfər zamanı Şahmaninin baş nazir Nikol Paşinyanla danışıqları, eləcə də Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə işçi məsləhətləşmələri planlaşdırılıb.