Rusiya ABŞ-dan təzminat tələb edir

ABŞ koronavirus pandemiyasından zərər çəkmiş ölkələrin itkilərini kompensasiya etməlidir. Çünki Amerika hakimiyyətinin COVİD-19-un yayılmasında əli ola bilər.

Bu barədə Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin Teleqram kanalında yazıb.

Volodin amerikalı iqtisadçı Ceffri Saksın sitatını dərc edib. İqtisadçı sitanında etiraf edir ki, koronavirus ABŞ-ın biolaboratoriyasında yaradıla bilər.

“ABŞ koronovirusun milyonlarla xəstə və ölü, qlobal iqtisadi böhran, insanların həyat səviyyəsinin aşağı düşməsi kimi nəticələrinə görə məsuliyyət daşımalıdır”, – o bildirib.