Pakistanın Bəlucistan əyalətində leysan yağışlarının səbəb olduğu sel nəticəsində azı 25 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu barədə “Deyli Tayms” qəzeti məlumat yayıb.
Ölənlər arasında 4 azyaşlının olduğu da bildirilir. Təbii fəlakət nəticəsində ən çox zərər əyalətin mərkəzi Kvettaya dəyib.
Kvettada fövqəladə vəziyyət elan edilib.