Türkiyədə avtobus aşıb – 6 nəfər öldü

Türkiyənin Kırıkkale bölgəsində sərnişin avtobusu aşıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bildirilib ki, həlak olanlardan biri uşaqdır.

Hadisə yerinə yanğınsöndürənlər və səhiyyə əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıblar.