Ruslar Slavyanska hücuma hazırlaşır

Rus işğalçıları Lisiçansk və Beloqorovkanı ələ keçirərək Slavyansk istiqamətində hücuma hazırlaşırlar.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

“Slavyansk istiqamətində düşmən bölmələri Boqorodiçnoye, Mazanovka və Dolina yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirməyə çalışır. Döyüşlər davam edir”, – məlumatda bildirilib.