Rus qoşunları Xerson vilayətində xeyli itki verib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda deyilir ki, gün ərzində Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələri Mi-35M helikopterini vurublar. Xerson vilayətində düşmən xeyli canlı qüvvə itirib:

“Yujnobuj istiqamətində düşmən Kulbakino, Nikolayevka, Stepnaya Dolina, Muraxovka, Novopavlovskoye, Şevçenkovo, Zarya, Partizanskoye, Aprelskoye, Novoqriqoriyevka, Kiselevka, Knyazevka, Lukorovka, Osoparov yaşayış məntəqələri ərazilərində top artilleriyasından və reaktiv yaylım atəş sistemlərindən istifadə edib”.