Bu gün tarixi gündür -Zelenski

Ukrayna dörd güclü Avropa dövlətinin dəstəyini bir anda hiss etdi, bu gün tarixi bir gündür.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu gün həqiqətən tarixi gündür – Ukrayna dörd güclü Avropa dövlətinin dəstəyini bir anda hiss etdi. Xüsusilə də bizim Avropa Birliyi hərəkətimizə dəstəyi. İtaliya, Rumıniya, Fransa və Almaniya bizimlədir. Dörd liderin hamısı – cənab Draqi, Yohannis, Makron və Şolts Ukraynanın namizədliyini dəstəkləyirlər”, – Zelenski qeyd edib.

Zelenski vurğulayıb ki, bütün müvafiq prosedurlar tamamlanmalı, AB-yə üzv dövlətlərin hamısı buna qoşulmalıdır.