Zəngəzur dəhlizi məsələsində konkret nəticə yoxdur. Ermənistan müxtəlif bəhanələrlə bu məsələni uzatmağa davam edir.
Report xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bölgədə kommunikasiya əlaqəsi baxımından ən məhdud ölkə Ermənistandır. Bu səbəbdən Zəngəzur dəhlizinin açılması digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmlidir”, – Ceyhun Bayramov vurğulayıb.