Şuşada komitələrin birgə iclası keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində Şuşada parlament komitələrinin birgə iclası keçiriləcək.

Zafertv.az xəbər verir ki, iyun ayının 11-də Şuşa şəhərində Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitəsinin birgə iclasının keçirilməsi planlaşdırılır.

İclasın gündəliyi hələlik açıqlanmayıb, bu barədə yaxın günlərdə məlumat veriləcək.