İsveç Ukraynaya silah-sursat göndərir

İsveç Ukraynaya AG-90 markalı snayper tüfəngləri, döyüş sursatı və 5000 ədəd AT4 tank əleyhinə qurğu verəcək.

Axar.az xəbər verir ki, bu barədə “Armi Rekoqnişn” məlumat yayıb.

“İsveç hökuməti Ukraynaya RBS-17 gəmi əleyhinə raket kompleksi, AG-90 snayper tüfəngləri, döyüş sursatı, əlavə 5000 ədəd AT4 tank əleyhinə qurğu təklif edir. İsveç həmçinin NATO-nun Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə yaratdığı fonda 60 milyon kron (6,14 milyon dollar) köçürmək niyyətindədir”, – məlumatda deyilib.