Bayden Ər-Riyada gedir: Kremlə qarşı 5 liderlə görüşəcək

ABŞ Prezidenti Co Bayden benzinin qiymətini aşağı salmaq və Rusiyanı təcrid etmək məqsədilə Ər-Riyada səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Qəzet bildirib ki, Ər-Riyada səfəri zamanı Bayden Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla da görüşəcək. Bundan başqa Baydenin Misir, İordaniya, İraq və Birləşmiş Ərəb Əmirliklərinin liderləri ilə də görüşü gözlənilir.

“Ukraynadakı müharibədən sonra Bayden Rusiya neftini əvəz etmək və dünya bazarlarını sabitləşdirmək üçün başqa enerji istehsalçılarını cəlb etməyi zəruri hesab edir”, – qəzet bildirib.