Türkiyədən terrorçulara növbəti ZƏRBƏ

Türkiyə Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat nəticəsində 11 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, terrorçular Suriya ərazisindəki “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədə zərərsizləşdirilib. Onların Türkiyə ordusunun hərbçilərinə qarşı təxribat törətdikləri qeyd olunub.