Ruslar “Starlink”ə hücum edir – Mask

Rusiya hakerləri “Starlink”i sındırmaq üçün güclərini səfərbər ediblər.

Bunu milyarder İlon Mask Tvitter səhifəsində yazıb.

“Starlink” hələlik rus kibermüharibəsinin sındırmaq cəhdlərinə müqavimət göstərir, lakin onlar qüvvələrini artırırlar”, – Mask bildirib.

Qeyd edək ki, Ukraynada hazırda 10 mindən çox “Starlink” peyk internetinin stansiyası var.