Ukraynanın 600 hərbçisini məhv etdik – Rusiya

Rusiya artilleriyası gecə saatlarında Ukrayna ordusunun komanda məntəqələrini və canlı qüvvəsini məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.

“Artilleriya bölmələri tərəfindən 32 komanda məntəqəsi, 5 sursat anbarı, 403 dayaq məntəqəsi, hərbi texnika və canlı qüvvənin toplaşdığı rayonlar, eləcə də Ukrayna artilleriyasının 51 mövqeyi vurulub. Həmçinin, Ukrayna ordusunun 600-ə yaxın hərbçisi və 61 hərbi texnikası məhv edilib”, – Konaşenkov bildirib.