Türkiyədə terrora hazırlaşan 6 nəfər yaxalandı

Türkiyənin Mersin vilayətində jandarmanın keçirdiyi əməliyyat çərçivəsində 6 PKK/KCK terrorçusu yaxalanıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, “Pəncə-Qıfıl” əməliyyatına “cavab” məqsədi ilə əldə hazırlanan partlayıcı axtarışında olduqları müəyyən edilən 6 terrorçu ələ keçib.